31 il əvvəl şəhid olan Məhərrəm Abbasov torpağa tapşırıldı

Otuz bir il əvvəl Şuşada – Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olan Məhərrəm Abbasov paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Müdafiə Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri, döyüş yoldaşları, rayon sakinləri, qazilər, media nümayəndələri iştirak ediblər.

Şəhid Məhərrəm Abbasov əsgəri ənənələrə uyğun olaraq yaylım atəşi və Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidlərimizin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, şəhidin məzarına tər güllər düzülüb, əklil qoyulub.

Qeyd edək ki, şəhid Məhərrəm Abbasov Şuşa rayonunun Daşaltı kəndi ərazisində qalıqları aşkar edilmiş yeddi nəfərdən biridir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]