AFFA 5 klubu cəzalandırdı

Azərbaycan Futbol federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsinin iclası keçirilib.

Qurumun saytının yaydığı məlumata görə, toplantıda Azərbaycan Premyer Liqasının III turunda yaşananlara hüquqi qiymət verilib.

“Kəpəz” – “Turan Tovuz” qarşılaşması bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Kəpəz” klubu 800 manat cərimə edilib.

“Kəpəz” – “Turan Tovuz” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Kəpəz” klubuna xəbərdarlıq edilib.

“Kəpəz” – “Turan Tovuz” oyununda “Mix” zona təşkil edilmədiyinə görə “Kəpəz” klubu 500 manat cərimə edilir.

“Kəpəz” – “Turan Tovuz” oyununda zonaların tələblərinə riayət edilmədiyinə görə “Kəpəz” klubu 500 manat cərimə edilib.

“Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə “Turan Tovuz” klubu 1500 manat cərimə edilib.

“Qarabağ” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilib.
“Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sabah” klubu 700 manat cərimə edilib.

“Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Neftçi” klubu 700 manat cərimə edilib.

“Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun baş məşqçisi Murad Musayev oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Sabah” klubu 1000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin olunub.

“Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Sabah” klubuna xəbərdarlıq edilib.

“Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Neftçi” klubuna xəbərdarlıq edilib.

Ümumilikdə, klublar 6 min 400 manat cərimələniblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]