Putin Priqojindən danışdı – “O, həyatda ciddi səhvlərə yol verdi”

Rusiya Prezidenti Vladimir Putin Tver vilayətində baş verən təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.

Bu barədə “Meduza” nəşri məlumat yayıb.

Putin Yevgeni Priqojin haqqında ayrıca danışıb.

“Mən Priqojini 1990-cı illərin əvvəllərindən tanıyıram. O, çətin taleyi olan bir insan idi və həyatda ciddi səhvlərə yol verdi. O, istedadlı insan, istedadlı iş adamı idi. Priqojin təkcə bizdə deyil, həm də xaricdə, xüsusən də Afrikada işləyirdi. Bildiyimə görə, o, dünən Afrikadan təzə qayıdıb və burada bəzi məmurlarla görüşüb.

İstintaq Komitəsinin rəhbəri bu gün səhər mənə məlumat verdi, onlar artıq bu hadisə ilə bağlı ilkin araşdırmaya başlayıblar. Proses tam şəkildə həyata keçiriləcək və sona çatdırılacaq. Burada heç bir şübhə yoxdur. Görək yaxın vaxtlarda müstəntiqlər nə deyəcək. İndi isə ekspertiza aparılır. Bu bir qədər vaxt aparır” , – deyə Putin bildirib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]