Xarici işlər naziri: “Belçika Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır”

“Belçika Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır”.

Bunu Belçikanın xarici işlər naziri Hadja Lahbib Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bugünkü görüş mühüm məsələlərin müzakirəsi üçün əla fürsətdir.
Görüş zamanı onlar ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. “Biz bu əlaqələrin dərinləşməsini istəyirik”, – H.Lahbib əlavə edib.

O bildirib ki, Belçika iki ölkə arasında işgüzar əlaqələrin, eləcə də Azərbaycanda Belçika şirkətlərinin sayının artırılmasına tərəfdardır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]