Priqojin ölən gün bu baş verdi – Ponomaryov

Rusiya müdafiə naziri Sergey Şoyqunun “Vaqner”in rəhbəri Yevgeni Priqojinin ölümündə əli ola bilər. Qətl Sergey Surovikinin yerinə Rusiya Aerokosmik Qüvvələrinin yeni komandirinin təyin edildiyi gün baş verib.

Bunu Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov deyib.

“Təyyarə iki S-300 raketi ilə Aerokosmik Qüvvələrin yeni komandirinin təyin edildiyi gün vuruldu. Mən belə təsadüflərə inanmıram. Ona görə də anladığımız kimi, buna Priqojin ilə şəxsi hesablaşması olan Sergey Şoyqu birbaşa göstəriş verməli idi”, – o bildirib.

O qeyd edib ki, bu, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü olsaydı, FTX-nin üslubunda olardı: ya zəhərlənmə, ya da “Afrikada ov qəzası” kimi…

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]