“Qarabağ” – “Olimpiya” oyununu yayımlayacaq telekanal dəyişdi

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Olimpiya” (Sloveniya) oyununu yayımlayacaq telekanal dəyişib.

Qarşılaşma “CBC Sport”da yox, “İdman TV”də yayımlanacaq. Bu barədə saytımıza Ağdam klubundan məlumat verilib.

Xatırladaq ki, bu komandalar arasında Sloveniyada keçirilən ilk qarşılaşma “İdman TV”dən yayımlanmalı olsa da, yalnız 68-ci dəqiqədən oyun efirə verilmişdi.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək sözügedən qarşılaşma saat 20:00-da başlayacaq. İlk görüşdə Azərbaycan təmsilçisi 0:2 hesablı qələbə qazanıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]