Rusiya ukraynalıların məlumatlarını əldə etmək üçün bu yola əl atır

“Rusiya ukraynalı əsgərlərin və onların ailələrinin şəxsi məlumatlarını əldə etmək üçün fişinq saytlarından istifadə edir”. Bu barədə “Amerikanın Səsi” məlumat yayıb. ABŞ Müdafiə Nazirliyinin rəsmiləri “Amerikanın Səsi”nə Rusiyanın minlərlə ukraynalı əsgər və onların ailələrinin şəxsi məlumatlarını əldə etmək üçün istifadə etdiyi fişinq saytları barədə danışıblar. Onların fikrincə, bu, Ukraynanın işğal olunmuş ərazilərində yaşayan ailə üzvlərini saxlayıb Rusiyaya deportasiya etmək üçün edilir. ABŞ-dakı bu cür fişinq resurslarına, məsələn, “WarTears” və “ForeignCombatants” layihələri daxildir. Rəsmilərin sözlərinə görə, bu resurslar itkin düşmüş, əsir düşmüş və ya ölmüş ukraynalı əsgərlərin dostları və qohumları üçün dəstək saytı kimi görünür. Ukraynanın Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahının nümayəndəsi Petr Yatsenko da “Amerikanın Səsi” ilə söhbətində bu saytların fişinq olduğunu bildirib. Onun sözlərinə görə, “WarTears.org” məlumat bazasında 170 mindən çox ukraynalı hərbçi haqqında məlumat var.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]