“Qarabağ”ın Avropa Liqasındakı oyunlarının TƏQVİMİ

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda sentyabrın 21-də, I turda Norveç “Molde”sini qəbul edəcək.

Ölkə çempionu II turda, oktyabrın 5-də İsveçdə “Hakken”in qonağı olacaq.

“Köhlən atlar” oktyabrın 26-da və noyabrın 9-da, müvafiq olaraq III (səfər) və IV (ev) turlarda Almaniya nəhəngi “Bayer 04” ilə üz-üzə gələcək.

Noyabrın 30-da, V turda “Molde”nin qonağı olacaq ağdamlılar dekabrın 14-də, sonuncu turda Bakıda “Hakken”i sınağa çəkəcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]