Çoxdandır üzə çıxmayan generalın fotosu yayıldı

Jurnalist Kseniya Sobçak öz Teleqram kanalında Rusiya Aerokosmik Qüvvələrinin keçmiş baş komandanı, ordu generalı Sergey Surovikinin həyat yoldaşı Anna ilə fotosunu dərc edib.

Sobçak şəklə “General Sergey Surovikin üzə çıxdı. O, Moskvada ailəsi ilədir, sağ və salamatdır. Bugünkü foto” deyə yazıb.

Şəkildə ordu generalı beyzbol papağı və gün eynəyi taxıb.

Xatırladaq ki, Surovikin üsyanı dayandırmaq üçün iyunun 24-də “Vaqner” döyüşçülərinə müraciət etdikdən sonra üzə çıxmırdı. 

Avqustun sonunda Aerokosmik Qüvvələrin keçmiş baş komandanı, ordu generalı Sergey Surovikin tutduğu vəzifədən azad edilib. Onun vəzifəsinə Rusiya Aerokosmik Qüvvələrinin (VKS) Baş Qərargah rəisi vəzifəsini icra edən general Viktor Əfzalov təyin edilib.

İyul ayında Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov ordu generalı Sergey Surovikinin “istirahət etdiyini və hələ ki, uyğun olmadığını” bildirmişdi.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]