Şuşada tikintiyə icazə ilə bağlı qayda müəyyənləşdi

Nazirlər Kabineti “Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”ına dəyişiklik edib. Dəyişiklik Şəhəri Dövlət Qoruğu İdarəsinin Şuşa şəhəri ərazisində tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə əlaqədardır. Beləliklə, tikintiyə icazənin qüvvədə olma müddəti sifarişçinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin tikinti işlərinin dayandırılması ilə bağlı qərarı olduğu halda, həmin qərarın Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişi olduğu halda, həmin göstərişin qüvvədə olduğu müddətə qeyd-şərtsiz olaraq uzadılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]