Polşa Ukrayna taxılının idxalı üçün sərhədləri açmayacağını elan etdi

Polşa Ukrayna taxılının idxalı üçün sərhədləri açmayacaq.

Bu barədə Polşanın baş naziri Mateuş Moravetski özünün “X” sosial şəbəkə hesabında yazıb.

“Polşa Ukrayna taxılının ölkəni batırmasına imkan verməyəcək. Brüssel rəsmilərinin qərarı nə olursa olsun, biz sərhədlərimizi açmayacağıq”, – deyə Moravetski yazıb.

O, hökumətin yerli fermerlərin və onların məhsullarının qorunmasına zəmanət verdiyini xatırladıb və bununla bağlı video yayımlayıb. Süjetdə, həmçinin qeyd olunur ki, Varşavanın sərt mövqeyi Ukrayna taxılının Aİ bazarlarına idxalını dayandırıb.

Bundan əvvəl Polşanın kənd təsərrüfatı və kənd inkişafı naziri Robert Telus bildirib ki, Polşa, Macarıstan, Bolqarıstan, Rumıniya və Slovakiya 2023-cü ilin sonuna qədər Ukraynadan taxıl idxalına qadağa qoyulması tələbi ilə Aİ rəhbərliyinə müraciət etməyə razılaşıblar.

Mənbə: Gazeta.ru

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]