Şəhid anası məktəb direktoru təyin edildi

Vətən müharibəsi şəhidi Rəşad Mirzəlinin anası Afidə Mirzəyeva məktəb direktoru təyin edilib.Şəhidin anası Tərtər rayon Talış kənd tam orta məktəbinin direktoru vəzifəsinə təsdiqlənib. Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.Bildirilir ki, A.Mirzəyeva daha əvvəl uzun müddət Tərtər rayon Hacıqərvənd kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyib.Qeyd edək ki, 1995-ci il təvəllüdlü Rəşad Mirzəli 2020-ci il oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Gizir R.Mirzəli ölümündən sonra “Vətən uğrunda”, ”Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, və “Hərbi xidmətə görə” medalları ilə təltif edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]