Hindistan kanadalı diplomatı ölkədən qovdu

Hindistan Xarici İşlər Nazirliyi yüksək rütbəli diplomatının Şimali Amerika ölkəsindən qovulmasından sonra Kanada səfiri Cameron MacKay-ı çağırıb və ona Yeni Dehlinin oxşar qərarı barədə məlumat verib.

Bu barədə Hindistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Kanadanın Hindistandakı səfiri bu gün çağırılıb və o, yüksək səviyyəli səfirlik diplomatının ölkədən çıxarılması qərarı barədə məlumatlandırılıb. Diplomatdan yaxın 5 gün ərzində Hindistanı tərk etməsi tələb olunub”, – XİN qeyd edib.

Bazar ertəsi Kanada səlahiyyətliləri Hindistan kəşfiyyat orqanlarının icma liderinin qətlində əli olması ilə bağlı iddialara görə Hindistan diplomatını ölkədən çıxarmaq qərarına gəlib. Kanada Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, bu şəxs Hindistan kəşfiyyatının Şimali Amerika ölkəsindəki nümayəndəsidir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]