“Sülhməramlılar 3,1 mindən çox ermənini Qarabağdan təxliyə edib”- Rusiya MN

Aktiv hərbi əməliyyatlar başlayandan bəri Dağlıq Qarabağda 3,1 mindən çox mülki şəxs təxliyə edilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlılarının fəaliyyətinə dair məlumat bülletenində məlumat verilib .

“Aktiv döyüş əməliyyatları başlayandan Rusiya sülhməramlıları Ağdərə, Xocavənd, və Əsgəran rayonlarından dinc əhalini təxliyə edib. Sülhməramlı kontingentə 3154 nəfər, o cümlədən 1428 uşaq təhvil verilib”.

İdarədən qeyd olunub ki, bütün təxliyə edilənlər istirahət yerləri və isti yeməklə təmin olunublar. Bundan əlavə, Rusiya xüsusi təyinatlılarının tibb bölməsinin hərbi həkimləri 16 mülki şəxsə yardım göstəriblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]