“İmzalanmış müvafiq sənədlərə görə tənqid olunuram” – Paşinyan

“Son zamanlar xarici və regional siyasət apararkən 1991-ci ilin dekabrında qəbul edilmiş Alma-Ata Bəyannaməsinə və Ermənistan Respublikası tərəfindən də imzalanmış müvafiq sənədlərə əsaslandığıma görə tez-tez tənqid olunuram”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Respublikasının müstəqilliyinin 32-ci ildönümü münasibətilə müraciətində deyib.

Onun sözlərinə görə, çoxları birbaşa və dolayı yolla həmin sənədə əsaslanan siyasətdən əl çəkməyə çağırır: “Problem ondadır ki, Alma-Ata Bəyannaməsi və onunla bağlı sənədlər Ermənistan Respublikasının müstəqilliyinin fundamental amillərindən biridir və burada keçmiş SSRİ-nin 12 respublikasının, o cümlədən Ermənistan Respublikasının müstəqilliyinin siyasi və hüquqi əsasları qeyd olunur.

Bu şərtlərin tam olması üçün sülh, yəni münaqişəsiz bir mühit lazımdır. Sülh müstəqillik və suverenliklə bərabər təhlükəsizliyi təmin edən amildir.

Çoxları hesab edir ki, bu gərgin regional şəraitdə, vaxtaşırı hərbi toqquşmalar fonunda sülhdən danışmaq adekvat deyil. Amma bundan da artıq bu şəraitdə sülhə dəyər verilməli, sülhü atəşkəslə qarışdırmaq olmaz”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]