Qarabağdakı antiterror tədbirlərinin BMT TŞ-dəki əks-sədası: Fransa iclasda “iflic” oldu – ŞƏRH

BMT Təhlükəsizlik Şurası Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi antiterror tədbirlərini müzakirə etmək üçün sentyabrın 21-də toplandı.

Şuranın beş daimi üzvünün (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin) Azərbaycanla bağlı mövqelərində fərqləndirici bir xüsusiyyət gözə çarpmadı.BMT özü regionu alov nöqtəsi kimi xarakterizə edərək bölgədə döyüşləri etibarlı və davamlı surətdə dayandırmağa çağırış edib.BMT TŞ-nin iclasında Azərbaycana qarşı hər hansı mənfi qətnamə çıxmayacağını əvvəlcədən proqnozlaşdırmaq olardı, çünki:1. Bakı Rusiya ilə əlaqələrini dərinləşdirib;2. Azərbaycanla ABŞ arasında hər nə qədər mübahisələr olsa da, Vaşinqton qlobal maraqlarının məqsədlərində Bakını strateji tərəfdaş kimi nəzərdən keçirir;3. Böyük Britaniya Azərbaycanla əlaqələrini üst səviyyəyə qaldırmaq çağırışlarını icra edir;4. Çin ərazi bütövlüyü məsələsində həmişə Azərbaycana dəstək verib, üstəgəl ölkələr arasındakı münasibətlər strateji qiymətləndirmələrdə diqqət çəkir.Bu dörd ölkə fərqli narrativlərlə səs çıxarsa da, Azərbaycanın əldə etdiyi strateji yekunlar fonunda Bakı ilə əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır.Qalır təkcə Fransa, yəni BMT TŞ-də Parisin səs-küy salmasının və şüvəninin heç bir mənası qalmır.Rusiya və Çin nisbi bitərəflik göstərdilər, ABŞ isə bir balaca Ermənistan tərəfə əsdi, lakin bu, geniş mənada dəstək hesab edilə bilməz.TŞ-də Fransa ilə yanaşı, Almaniya da ənənəvi anti-Azərbaycan ab-havasına qayıtdı, hərçənd ki, Berlinlə Bakı arasındakı münasibətlərin xarakteri elə də zəif hesab edilə bilməz.Avropa İttifaqının BMT TŞ iclasının fonundakı fəaliyyət rejimini Azərbaycan əleyhinə kökləməsi isə onun daha çox Paris-Berlin oxundakı təlimatlarla hərəkət etdiyindən xəbər verir.Səbəbin motivindən asılı olmayaraq Avropa İttifaqının anti-Azərbaycan xoruna qoşulması onun özü üçün yaxşı bir şey deyil.Ona görə ki, Avropa İttifaqının Rusiya-Ukrayna müharibəsinin gedişatında Azərbaycanın enerji resurslarına tələbi artmaqdadır, hərçənd, proqnoz etmək olmur ki, proseslər Bakı ilə İttifaq arasındakı yaxşı əlaqələri zədələsin.Hər halda, Azərbaycan əleyhinə mövqelər Azərbaycanın öz ərazilərində separatizmin məhvi üzərindəki qələbəsinin nəticələrini dəyişmək gücündə deyildi.Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun TŞ iclasındakı peşəkar və məzmunlu cavabları, Türkiyənin, hər zaman olduğu kimi, Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi diplomatik üstünlüyü saxlamağa yardımçı oldu.Bunlar da bir tərəfə, bəzi insanlar Azərbaycana qarşı sanksiyaların tətbiqi barədə danışırlar, Qərb isə Fransanın, Almaniyanın qışqırıqlarına baxmayaraq Bakıya embarqolar tətbiq etməkdə maraqlı deyil.Çünki Azərbaycanla enerji sahəsində və təhlükəsizlik sferasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur, hər hansı sanksiya bu baxımdan heç Qərbin özünə sərf etmir.Əlqərəz, BMT TŞ-nin iclasının nəticələri Azərbaycanın hərbi-strateji yekunlarına qarşı müqavimət yarada bilməyəcək.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]