Türkiyənin müdafiə naziri Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən danışıb

Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirləri Ermənistanın əvvəllər əldə edilmiş razılaşmalar üzrə öhdəliklərini yerinə yetirməməsinin nəticəsidir.

Bu sözləri Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Yaşar Güler Türkiyə mətbuatına verdiyi müsahibədə deyib.

“Ermənistan 2020-ci ildə 44 günlük hərbi əməliyyatın nəticələrinə əsasən, atəşkəs sazişinə imza atıb. Və indi o sazişin şərtlərinə əməl etməlidir. Qarabağda terrorçular məskunlaşıblar. Onlar orada mədənlərdə qeyri-qanuni işlər aparırlar. Xəbərdarlığa qulaq asmayıblar, yolları bloklayıblar. Son 10-15 gün ərzində onlara davamlı xəbərdarlıq edilib ki, qanunsuz fəaliyyətlərini dayandırsınlar, amma heç nə dəyişmədi. Sonda Azərbaycan onların cavabını verdi. Aparılan bir günlük əməliyyatın nəticəsində bildirdilər ki, təslim olurlar və silahlarını təhvil verib gedirlər”, – deyə Türkiyə müdafiə naziri vurğulayıb.

Yaşar Güler xatırladıb ki, hətta Rusiya da bəyan edib ki Qarabağın bütün ərazisi Azərbaycana məxsusdur.

Y.Güler Bakının həyata keçirdiyi antiterror tədbirlərinin uzunmüddətli sülhə xidmət edəcəyinə ümid etdiyini bildirib.

Mənbə: Milliyet

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]