“Vaqner”çilər Xersonda görüntüləndilər: Yenidən müharibədə iştirak edəcəklər?

Rusiyanın “Vaqner” özəl hərbi şirkəti Ukraynadakı döyüş əməliyyatları bölgəsinə qayıdıb.

Bu barədə rusiyalı hərbi müxbir Yuri Kotenok “Telegram” kanalında mənbələrə istinadən məlumat verib.

Onun sözlərinə görə, özəl hərbi şirkətin döyüşçüləri Xerson vilayətində görüntüləniblər. Kotenok qeyd edib ki, bu məlumat hazırda “Gizli” qrifi altındadır. Rusiya Müdafiə Nazirliyi isə məlumatla bağlı şərh verməyib.

“Bir sıra mənbələr “Vaqner” qruplarının hazırda Xersondakı döyüş bölgəsinə gəldiyini təsdiqləyirlər. Birləşmənin hücum qoşunları sektorlar üzrə paylanırlar. Təfərrüat hələ məlum deyil, məlumat “Gizli” qrifi altında saxlanılır”, – deyə Kotenok bildirib.

Hərbi müxbir, həmçinin “Vaqner”in hazırda qələbə qazanması üçün Rusiyaya lazım olduğunu da qeyd edib.

Mənbə: News.ru

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]