Naxçıvanda uşaqlar oğurlanır? – Rəsmi açıqlama

Naxçıvan Muxtar Respublikasında uşaq oğurluğu hallarının olması barədə məlumatlar yayılıb.

Aktualtv.az  xəbər verir ki, vatsap vasitəsilə insanlara uşaq oğrularının olduğu ilə bağlı təşviş yaradan  məlumatlar göndərilib. İddia olunur ki, Qaraxanbəyli məktəbinin qarşısında 5-ci sinif şagirdini oğurlamağa cəhd ediblər. Göndərilən mesajlarda bir qadının evləri dolaşaraq uşaqların sayını dəqiqləşdirdiyi bildirilir.Məsələyə Naxçıvan MR Daxili İşlər Nazirliyindən münasibət bildirilib. Qeyd edilib ki, sosial şəbəkələrdə yayılan xəbərlər həqiqəti əks etdirmir və dezinformasiya xarakteri daşıyır: “Uydurma məlumatı yayan şəxs və ya şəxslər müəyyən edilərək məsuliyyətinə cəlb ediləcək”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]