Xankəndidə dinc əhalinin böyük bir qrupu girov götürüldü

Xankəndidə dinc əhalinin böyük bir qrupu qanunsuz rejimin qalıqları tərəfindən girov götürülüb.

Aktualtv.az xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

“Hərbi mənbələrdən aldığımız məlumata görə, hazırda erməni əsilli mülki şəxslərin böyük bir qrupu Xankəndini tərk edərək, Ermənistana səfər etmək istəyir. Daxil olan müraciətləri nəzərə alaraq, Azərbaycan tərəfi bu məqsədlə təhlükəsiz dəhliz yaradıb. Lakin Xankəndinin daxilində qalan, qanunsuz rejimdən qalanların rəhbərlərinin nəzarətində olan qeyri-qanuni silahlı birləşmələr bu insanları girov saxlayırlar. Onlar qorxurlar ki, mülki əhalinin şəhəri tərk etməsi rejimin son ləğvinə və onun liderlərinin həbsinə gətirib çıxaracaq”, – məlumatda deyilr.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]