Azərbaycanda məktəbdə kütləvi ZƏHƏRLƏNMƏ: 11 şagird və 1 müəllim…

Sentyabrın 25-də Sabirabad rayonu Axtaçı Muğan kənd orta məktəbində 11 nəfər şagird və 1 nəfər müəllim olmaqla, cəmi 12 nəfər şəxsin qida zəhərlənməsi diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aktualtv.az xəbər verir ki, bu barədə Sabirabad rayon prokurorluğu məlumat yayıb.

Bİldirilib ki, ilkin araşdırma zamanı həmin şəxslərin məktəbdə şagirdlərdən birinin ad günü mərasimində qəbul etdikləri qidalardan zəhərlənmələri müəyyən edilib.

Hazırda vəziyyəti qənaətbəxş olan 12 nəfər şəxs tibbi yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılıb.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]