“Azərbaycan dəhliz yaratmaq üçün hərbi addımlar atmaq niyyətində deyil” – Hikmət Hacıyev

“Azərbaycan Ermənistanın cənubunda quru dəhlizi yaratmaq üçün hərbi addımlar atmaq niyyətində deyil”.

Bunu “Reuters”ə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev qeyd edib ki, Bakı Ermənistan vasitəsilə Naxçıvanla nəqliyyat əlaqəsi yaratmaq istəyir. O, bunun hər iki ölkə və region üçün daha faydalı olacağını bildirib: “Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisində heç bir hərbi məqsədi və ya hədəfi yoxdur. Bu, Azərbaycanın gündəmindən tamamilə kənardır. Bizim Ermənistana təklifimiz sülh yolu ilə birləşdirici xətlərin, nəqliyyat xətlərinin qurulmasıdır”. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]