“Bakı ilə İrəvan arasında sülh sazişi region dövlətlərinin xeyrinə olacaq” – TBMM sədri

“Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması bütün region dövlətlərinin xeyrinə olacaq”.

Bunu Türkiyə parlamentinin sədri Numan Kurtulmuş Dublində keçirilən Avropa Şurası Parlament Sədrləri Konfransının 1-ci sessiyasında çıxışı zamanı deyib.

O, Qarabağ bölgəsinin erməni işğalından azad edilməsi ilə bağlı beynəlxalq təşkilatların üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini qeyd edib:

“Nəticədə Azərbaycan 44 günlük Vətən Müharibəsi zamanı öz torpaqlarını müstəqil şəkildə azad etdi”.

Kurtulmuş əlavə edib ki, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması regionun bütün ölkələrinin xeyrinə olacaq. O, Zəngəzur dəhlizinin açılmasının bütün regional aktorların maraqlarına cavab verdiyini də vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]