Ankaradakı terroru törədənlərin kimliyi açıqlandı

Türkiyənin Daxili İşlər Nazirliyi Ankarada qurumun binası yaxınlığında terror aktı törədən ikinci şəxsin də kimliyini müəyyən edib.

Aktualtv.az Türkiyə mediasına istinadən xəbər verir ki, sözügedən şəxs PKK terror təşkilatının üzvü Özkan Şahindir.

Daha əvvəl yayılan məlumatda insidentdə iştirak edən digər şəxsin PKK üzvü Hasan Oğuz olduğu bildirilib.

Nazirlik, həmçinin aparılan araşdırmanın və terrorla mübarizənin davam etdiriləcəyini vurğulayıb.

Xatırladaq ki, oktyabrın 1-i Türkiyə DİN-in Mühafizə Baş İdarəsinə terror hücumu olub. Terrorçulardan biri özünü partladıb, digəri isə zərərsizləşdirilib. Hadisə zamanı 2 polis əməkdaşı yüngül xəsarət alıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]