Arayik Arutyunyanın Azərbaycanda vəkili o oldu

Dağlıq Qarabağda erməni seperatçılarının yaratdığı qondarma rejimin keçmiş “rəhbəri”, ötən gün həbs edilən Arayik Arutyunyanın hüquqlarını müdafiə edəcək vəkilin kimliyi məlum olub.

Vəkil Alov Səfərəliyev Araik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak edib.

Bu barədə vəkil sosial şəbəkə səhifəsində məlumat verib və bildirib ki, A.Arutyunyanın səhhəti və psixoloji durumu yerindədir: “Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq.

Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracayıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik”.

Qeyd edək ki, Arutyunyan Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılaraq Bakıya gətirilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]