İnanmırsızsa, Putinin Qarabağ haqda dediyinə baxın!

Ümumilikdə Qarabağla əlaqədar heç bir dəyişiklik baş verməyib. İstintaq komissiyasında on saatlıq çıxış etdim ki, Qarabağın heç vaxt, heç kim tərəfindən, hətta Ermənistanda da müstəqilliyi tanınmayıb. Qarabağ yalnız Azərbaycanın ərazisi kimi tanınıb.

Bunu oktyabrın 4-də Ermənistan parlamentində çıxışı zamanı Nikol Paşinyan deyib.

“Mənə inanmırsınızsa, gəlin Rusiya Prezidenti Putinin Ermənistanın onilliklər ərzində ”dqr”i tanımaması ilə bağlı bəyanatına baxaq. Bəli, biz Qarabağı öz hakimiyyətimiz dövründə tanımadıq, bəs siz niyə tanımamışdınız? Əgər deyirsinizsə ki, belə bir qərar var idi və indiki hakimiyyət bunu tanımadı və buna görə bizi qınayırsınızsa, o zaman həmin Rusiya prezidenti bu qərarın onilliklər ərzində həm Köçəryanın, həm də Sərkisyanın dövründə mövcud olduğunu bildirib. Əgər bu qərar belə yaxşı idisə, niyə razılaşmadınız? Məhz bu qərarla razılaşma olmadığı üçün müharibə baş verdi. Həm 2016, həm də 2020-ci ildə. Ermənistanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü barədə Praqa sazişi və Almatı Bəyannaməsi var”, – o bildirib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]