Putin Priqojinin ölümündən danışdı

Yevgeni Priqojinin təyyarəsində həlak olanların cəsədlərində əl qumbaralarının parçaları tapılıb.

Rusiya prezidenti Vladimir Putin bu barədə oktyabrın 5-də istintaq məlumatlarına istinadən məlumat verib.

“İstintaq Komitəsinin rəhbəri mənə məlumat verdi ki, ölənlərin meyitlərində əl qumbaralarının parçaları tapılıb. Təyyarəyə heç bir xarici təsir olmayıb. İstintaq hələ başa çatmayıb”, – Putin bildirib. O əlavə edib ki, “təəssüf ki, qurbanların qanında alkoqol və ya narkotik maddələrin olub-olmaması ilə bağlı heç bir ekspertiza aparılmayıb, baxmayaraq ki, “belə bir ekspertiza keçirilməli idi”.

Avqustun 24-də Putin Tver vilayətində baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib. Prezident “Vaqner” PMC-nin rəhbərini çoxdan, 1990-cı illərin əvvəllərindən tanıdığını deyib və Priqojini çətin tale adamı olan, həyatda ciddi səhvlərə yol verən, lakin istədiyi nəticələrə nail olan istedadlı iş adamı adlandırıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]