“Sülhməramlıların Qarabağda sayılı günləri qalıb” – Zatulin

Rusiya Federasiyası sülhməramlı qoşunlarının artıq Qarabağda müdafiə edəcəyi kimsə yoxdur. 

Bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.

“Bütün ermənilərin Qarabağı tərk etməsi o deməkdir ki, onlar artıq bizim sülhməramlı qoşunlarımızın onları qorumağa qadir olduğuna inanmırlar. Aydın məsələdir ki, hər halda bizim hərbi qruplaşmanın Qarabağda sayılı günləri qalıb, axı orada adam qalmasa, kimləri qoruyacaqlar? Xankəndi şəhərində bizim qoşun yol hərəkəti qaydalarına nəzarət edəcək?”, – Zatulin bildirib.

Deputat əlavə edib ki, Gürcüstanda Azərbaycandan nümunə götürmək, Abxaziya və Cənubi Osetiyanı da eyni şəkildə geri almaq zərurətindən danışılır: “Təbii ki, belə olmayacaq, amma Saakaşvililərin orada və başqa yerlərdə yenidən başlarını qaldırması Azərbaycan nümunəsinin yoluxucu olduğunu bir daha deməyə əsas verir”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]