Suriyada hərbi məktəbin buraxılış mərasiminə PUA hücumu: 60 ölü

Suriyanın Homs şəhərində hərbi məktəbdə keçirilən buraxılış mərasimində PUA hücumu həyata keçirilib. 

Onlarla insanın öldüyü hücumda Suriyanın müdafiə naziri Əli Mahmud Abbasın da öldüyü iddia edilib. Nazirlikdən verilən açıqlamada iddia təkzib edilib.

Təhlükəsizlik mənbələri mətbuata açıqlamasında hücumda ən azı 60 nəfərin həyatını itirdiyini, çoxlu sayda insanın yaralandığını bildirib. Onlarla insanın öldüyü hücumda Suriyanın müdafiə naziri Əli Mahmud Abbasın da öldüyü iddiasına gəlincə, Abbasın hücumdan bir neçə dəqiqə əvvəl mərasimi tərk etdiyi bildirilib.

Suriya Müdafiə Nazirliyindən verilən açıqlamada məzuniyyət mərasiminə hücumun təşkil edildiyi və mərasim bitdikdən dərhal sonra partlayıcı sursat daşıyan pilotsuz uçuş aparatları ilə hədəf alındığı təsdiqlənib. Açıqlamada, hücumda qadın və uşaqların da olduğu çoxlu sayda insanın həyatını itirdiyi və yaralandığı bildirilsə də, dəqiq rəqəm verilmir.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib. Suriya Müdafiə Nazirliyi sözügedən hücuma cavab veriləcəyini vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]