HƏMAS bunun əvəzini ağır ödəyəcək – İsrail

HƏMAS təşkilatı bu hərəkətlərinin əvəzini ağır ödəyəcək. Bu fikirlər İsrail Xarici İşlər Nazirliyinin X səhifəsindəki paylaşımında yer alıb. Bildirilib ki, HƏMAS təşkilatı raketlərin atılması və Qəzza zolağından İsrail ərazisinə yaraqlıların sızması da daxil olmaqla, birgə hücum həyata keçirib. Ancaq İsrail ordusu mülki İsrail vətəndaşlarını müdafiə edəcək. Nazirlik mülki şəxsləri Milli Fövqəladə Hallar Portalında yerləşdirilən xüsusi təlimatlara uyğun hərəkət etməyə və sığınacaqlara yaxın qalmağa çağırıb. Qəzza zolağının ətrafındakı bölgələrdə yaşayan sakinlərdən isə evlərində qalmaları istənilib. Qeyd edək ki, bu gün İsrailin cənubunda, eləcə də Təl-Əviv ərazisində hava hücumu sirenləri səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb. Atılan raketlər nəticəsində 70 yaşlı qadın həyatını itirib. Cənub dairəsində isə polis general-mayoru Amir Koen yaralanıb. Ölkədə hərbi vəziyyət elan edilib. Müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]