İsrail ordusu ötən gecə Qəzza zolağında HƏMAS və “İslami-Cihad” qruplaşmalarının radikallarına məxsus 500-dən çox hədəfi zərərsizləşdirib. Aktualtv.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı ordunun Mətbuat xidməti yayıb. Bildirilir ki, gecə ərzində İsrail ordusunun qırıcıları və helikopterləri, eləcə də artilleriyası qruplaşmaların 500-dən çox obyektinə zərbələr endirib. “The Times of Israel” qəzetinin məlumatına görə isə, hazırda İsrailin cənubunda 6 hissədə, Qəzza zolağında sərhəddə radikallarla döyüş davam edir.