Azərbaycanda qeyri-ticari sektorda daxilolmalar 30 milyard manata yaxın olub

2023-cü ilin III rübündə Azərbaycanda maliyyə axını 36,9 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,3% çoxdur.

Mərkəzi Bankın məlumatına görə, cari ilin III rübündə ödəniş daxilolmalarında qeyri-ticari sektorun üstünlüyü davam edib. Ticari sektorda ödəniş daxilolmaları ümumi daxilolmaların 19,4%-i təşkil etməklə 7,2 milyard manat, qeyri-ticari sektorda isə 80,6% təşkil etməklə 29,7 milyard manat olub.

Qeyd edək ki, bütövlükdə, ötən rüblə müqayisədə cari ilin üçüncü rübündə ticari sektor üzrə iqtisadi aktivlik indeksində azalma, qeyri-ticari sektor üzrə isə artım dinamikası müşahidə edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]