Mübariz Qurbanoğlu Təhsil və Yardımlaşma Fondu Türkiyədə təhsil alan 200-ə yaxın azərbaycanlı tələbəyə 2023-2024 tədris ilində təqaüd verəcək.
Aktualtv.az xeber verir ki Təqaüd Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilib. Əsas məqsəd Türkiyədə təhsil alan tələbələrə təhsillərini davam etdirmək və həyatda heç bir maneə olmadan planlarını gərçəkləşdirmək üçün maddi yardım göstərməkdir. Mübariz Qurbanoğlu Təhsil və Yardımlaşma Fondunun təqaüd proqramı, əsasən, Türkiyədə təhsil alan Qarabağ qazilərinin, məcburi köçkün və şəhid ailələrinin övladlarına şamil edilir. Qeyd edək ki, “Palmali Holding” şirkətinin və Mübariz Qurbanoğlu Təhsil və Yardımlaşma Fondunun təsisçisi və rəhbəri, azərbaycanlı iş adamı və xeyriyyəçi Mübariz Mənsimov yaxın vaxtlarda təqaüd qalibləri ilə görüşəcək və müvafiq sertifikatları şəxsən onlara təqdim edəcək. Bununla əlaqədar tələbələr “Palmali Holding” şirkətinin ofisinə dəvət olunacaqlar.