TÜRKSOY: “İnsanların yaşadığı, tarixi abidələrin olduğu əraziləri dağıtmaq nə deməkdir?”

“İnsanların yaşadığı, tarixi abidələrin olduğu əraziləri dağıtmaq nə deməkdir? Bu barədə məndən öncə məruzə edənlər Qarabağda tarixi abidələrə vurulmuş ziyanlardan danışdılar. Tarixin insan əli ilə məhv edilməsi acınacaqlıdır”. Bu fikirləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Türk Dövlətləri Təşkilatı ilə birlikdə təşkil edəcəyi “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” (“Livable and Sustainable Heritage Cities”) mövzusunda beynəlxalq konfransda çıxış edən TÜRKSOY Baş katibinin müavini Sayit Yusuf deyib. O bildirib ki, hər il tarixi abidələrin qorunmasına ciddi diqqət ayrılır: “UNESCO-nun mədəni irsin qorunması siyahısı var. Düşünürəm ki, bu siyahı genişləndirilməlidir. Çünki türk dünyasının tarixi dərindir. Bizim ilk məqsədimiz bu mədəni irsi bütün türk dünyasından toplamaqdır. Bu mədəniyyətin bu günə qədər gəlib çatan nümunələri qorunmalıdır. Türkiyədən kənara gedəndə Səmərqəndi, İçərişəhəri tanımayanları görürəm. Bu məni çox üzür. Parisdə bir qülləni tutub gedirik. Nə qədər belə davam edə bilər? Türk dünyası ölkələrində hansı torpağı qazsan, altından tarix çıxır. Bu zəngin tarixin qədrini bilmək lazımdır. Qardaş dövlətlər bir-birimizlə çiyin-çiyinə çalışsaq, bizim tariximizdə mədəniyyətimiz daha heç vaxt insan əli ilə dağıntılara məruz qalmaz”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]