Arazdəyəndə erməni-rus dostluq plakatının cırılması ilə bağlı cinayət işi başlayıb

Ermənistan İstintaq Komitəsi naməlum şəxslərin Rusiya sərhədçilərinə hədə-qorxu gəlməsi, həmçinin, Arazdəyəndə erməni-rus dostluğunu əks etdirən plakatı cırması ilə bağlı cinayət işi başlayıb.
Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.
Onun sözlərinə görə, sentyabrın 26-da saat 17:40 radələrində naməlum şəxslər avtomobillə Rusiya sərhəd qoşunlarının müşahidə məntəqəsinə gələrək, xidmətdə olan hərbçiləri hədələyiblər və orada yerləşdirilən plakatı zədələyiblər. Bu fakt əsasında İstintaq Komitəsi Ermənistan Cinayət Məcəlləsinin 264 və 194-cü (Əmlakla hədələmə və ziyan vurma) maddələri ilə iş başlayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]