İsrail HƏMAS-ın hərbi-dəniz obyektlərinə zərbələr endirdi

İsrail ordusu HƏMAS-ın sahillərdə hücumlar həyata keçirmək üçün istifadə etdiyi dəniz obyektlərinə zərbələr endirdiyini bildirib.

Aktualtv.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun yaydığı press-relizdə məlumat verilib.

Qeyd olunub ki, İsrailə girmək istəyən dalğıc da öldürüb: “Son saatlarda terror təşkilatının İsrail sahillərində terror aktları törətmək üçün istifadə etdiyi Xan Yunis və Qəzza limanları da daxil olmaqla, HƏMAS-ın hərbi dəniz qurğuları hədəfə alınıb. Hədəflər raket katerlərindən, helikopterlərdən və yerüstü artilleriya batareyalarından artilleriya atəşinə məruz qalıb”.

Qeyd edək ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-dən davam edir. Son məlumatlara görə, HƏMAS-ın hücumları nəticəsində ölənlərin sayı 1200 nəfərə çatıb, Fələstin tərəfi münaqişənin 830 qurbanı olduğunu bildirib. Bu gün İsrail ordusu HƏMAS-ın hərbi qanadının lideri Məhəmməd Deyfin Qəzza zolağındakı evini də hədəf alıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]