Paşinyan separatçıların İrəvandakı “qərargah”ını LƏĞV EDİR

Özünü buraxmış qondarma rejimin keçmiş “rəhbər”i Samvel Şahramanyan Qarabağdan Ermənistana köçdükdən sonra İrəvanda öz ətrafı ilə məsləhətləşmə keçirmiş və xuntanın mübarizəni davam etdirəcəyini  bildirmişdi.

“Hraparak”ın məlumatına görə, rəsmi İrəvan Samvel Şahramanyanın bu özfəaliyyətinə qəzəblənib.  

Qəzet yazır ki, rəsmi İrəvan separatçıların maliyyələşdirilməsini dayandırmağa qərar verib.  

O da qeyd olunur ki, Ermənistan hakimiyyəti İrəvandakı qondarma “Artsaxın nümayəndəliyi”ni və “Artsaxın operativ qərargahı”nı da ləğv etmək qərarına gəlib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]