BOK Rusiya Olimpiya Komitəsinin fəaliyyətini dayandırdı

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi Rusiya Olimpiya Komitəsinin (ROK) fəaliyyətini dayandırıb. Buna səbəb “Donetsk Xalq Respublikası”, “Luqansk Xalq Respublikası”, Zaporojye və Xerson vilayətlərinin Olimpiya Şuralarının ROK-un tərkibinə daxil olmalarıdır. Bu barədə məlumat verən BOK-un mətbuat xidmətinin rəhbəri Mark Adams bildirib ki, ROK-un fəaliyyəti növbəti bildirişə qədər dayandırılıb: “Bu qərar o deməkdir ki, ROK artıq Milli Olimpiya Komitəsi kimi fəaliyyət göstərə və olimpiya hərəkatından maliyyə dəstəyi ala bilməz”. Qeyd edək ki, “Donetsk Xalq Respublikası”, “Luqansk Xalq Respublikası”, Zaporojye və Xerson vilayətlərinin Olimpiya Şuraları oktyabrın 5-də Rusiya Olimpiya Komitəsinin üzvü olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]