“Ehtiyatlı olun!” – Baydendən İrana xəbərdarlıq

ABŞ Prezidenti Co Bayden HƏMAS-ın İsrailə hücumundan sonra İrana “ehtiyatlı olmaq” barədə xəbərdarlıq edib. Bayden bu barədə Ağ Evdə yəhudi liderlərinin dəyirmi masası zamanı bildirib. Antisemitizmə əsaslanan tədbir, hücumlar baş verməmişdən əvvəl planlaşdırılsa da, sonradan fərqli bir çalar alıb. O, İsrailin baş naziri Binyamin Netanyahu ilə yenidən danışdığını bildirib. Söhbət zamanı o vurğulayıb ki, İsrail “müharibə qaydaları ilə hərəkət etməlidir”. “Bibini (Binyamin Netanyahu – red.) 40 ildən çoxdur ki, tanıyıram. Bizim çox yaxşı münasibətimiz var. Və dediyim yeganə şey odur ki, İsrailin mövcud olan bütün qəzəb və məyusluğa baxmayaraq, müharibə qaydaları ilə hərəkət etməsi həqiqətən vacibdir”. Həmçinin, 80 yaşlı prezident hücumları “saf vəhşilik kampaniyası” adlandırıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]