Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi tərəfindən həyata keçirilən antinarkomaniya mübarizəsi çərçivəsində “Həyatına dəyər ver” sosial çarxının hazırlanması və maarifləndirmə tədbirlərinin təşkili layihəsi 1 sentyabr – 31 oktyabr 2023-cü il tarixləri əhatə edən 2 (iki) ay müddətində icra olunur. Layihə rəhbəri Büllur Məmmədovadır.
Layihə çərçivəsində “Həyatına dəyər ver” sosial çarxı hazırlanıb və bunun təqdimat mərasiminin keçirilməsi məqsədi ilə hazırlıq işləri görülür.
Qeyd edək ki, müasir dövrdə sosial media insanların, xüsusən də gənclərin ən aktiv olduğu platformadır. Ona görə gənclər arasında narkotik maddələrin mənfi təsiri ilə bağlı maarifləndirmə işlərinin səmərəli aparılması məqsədilə sosial çarxın hazırlandı, onun sosial media üzərindən işıqlandırılması, sərhədyanı rayonlarda geniş maarifləndirmə kampaniyasının aparılması xüsusi əhəmiyyət kəsb edir. Digər tərəfdən, xüsusilə narkotik maddələrin geniş yayıldığı rayonlarda maarifləndirmə tədbirlərinin təşkil olunması, yeniyetmələrin, gənclərin və onların valideynlərinin bu sahədə məlumatlandırılması narkotiklərlə mübarizədə dövlətin həyata keçirdiyi tədbirlərə əhəmiyyətli töhfədir.
Gənclər narkotik və psixotrop maddələrdən istifadənin əleyhinə olmaqlarının səbəblərini səsləndirir, bununla bağlı ölkə gənclərinə müraciət edirlər. Çarxın həmçinin KİV-də və sosial mediada yayımlanması nəzərdə tutulub.
Bu layihəni həyata keçirməkdə əsas məqsəd gənclər arasında dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik hisslərinin gücləndirilməsi, narkomaniya əleyhinə təbliğat işləri aparmaqla mənfi təsirlərə məruz qalan gənclərin sayının azalmasına nail olumaq, ölkə gənclərini müxtəlif peşə sahələrinə olan diqqətini artırmaqla onların narkomaniya bəlasından xilas etmək, rayonlarda yaşayan gənclərin sosial aktivliyini təmin etmək, narkomaniyə ilə mübarizədə valideynlərin məlumatlılıq səviyyəsini, fəallığını və gənclərin təşəbbüskarlıq dərəcəsini artırmaqdır.