İsraildə milli birlik hökuməti quruldu

İsrailin baş naziri Binyamin Netanyahu Qəzza zolağı ətrafında aktiv döyüş əməliyyatlarının başlanması fonunda müxalifət liderlərindən biri Benni Qantsın iştirakı ilə ölkədə milli birlik hökumətinin yaradılmasını rəsmən elan edib. Baş nazir vurğulayıb ki, İsrail hakimiyyətinin indi əsas vəzifəsi oktyabrın 7-də ölkəyə hücum edən radikal Fələstinin Həmas təşkilatı üzərində qələbə qazanmaqdır. “İsrail vətəndaşları, bu gecə biz fövqəladə hökumət formalaşdırdıq. İsrail xalqı birdir, bu gün də onun rəhbərliyi də yekdildir. Ölkəmizin taleyi hazırda təhlükə altında olduğu üçün biz bütün digər mülahizələri bir kənara qoyduq. Bütün israillilərin yaxşılığı üçün, biz birlikdə çalışacağıq. İsrail Dövlətinin yaxşılığı üçün”, o, xalqa televiziya müraciəti zamanı deyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]