Xalq artistinin polkovnik oğlu nöqsana görə işdən çıxarıldı

Xalq artisti, “Şöhrət” ordenli mərhum Ağaxan Abdullayevin oğlu Xoşbəxt Abdullayev Dövlət Gömrük Komitəsindəki (DGK) vəzifəsindən kənarlaşdırılıb.

Aktualtv.az Bakupost.az-a istinadən xəbər verir ki, o, işdə verdiyi nöqsana görə əvvəlcə töhmət alıb, sonra isə pensiyaya göndərilib.

Gömrük polkovniki rütbəsini daşıyan X. Abdullayev uzun müddət DGK-nın baş inspektoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Xoşbəxt Abdullayev 90-cı illərdə müğənni kimi tanınıb. Həmin dövrdə bir neçə məşhur mahnıların müəllifi olub. Sonradan səhnədən uzaqlaşaraq, gömrük sistemində işə başlayıb.

Xatırladaq ki, Ağaxan Abdullayev 2016-cı ilin dekabrın 25-də dünyasını dəyişib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]