İran İsrailə qarşı yeni cəbhələrin açılmasının mümkünlüyünü bəyan etdi

İsrailin hərbi əməliyyatlarını davam etdirməsi səbəbindən yeni cəbhələrin açılması mümkün olaraq qalır.

Bu barədə İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Livanın “Əl Mayadeen” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, İran tərəfi “müqavimət qüvvələrini” siyasi və medianın köməyi ilə dəstəkləməkdə davam edir.

İranlı nazir Qəzza zolağına elektrik və su təchizatının kəsilməsini müharibə cinayəti adlandırıb. Onun sözlərinə görə, İsrail və “onun sponsorları” fələstinlilərə qarşı təcavüzün nəticələrinə görə məsuliyyət daşıyacaqlar.

Qeyd edək ki, Abdullahian İsrail və HƏMAS arasında vəziyyətin gərginləşməsi fonunda Fələstin məsələsində mövqelərin koordinasiyası üçün Yaxın Şərqə səfəri çərçivəsində oktyabrın 12-də Beyruta səfər edib.

Mənbə: News.ru

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]