Mübariz Mənsimov haqqında yazılan mənfi xəbərlərə münasibət bildirib – VİDEO

“Palmali Holding” şirkətinin rəhbəri Mübariz Mənsimov Gününsəsi.info saytında müsahibə verib.

Mənsimov Qarabağın alınmasına görə Azərbaycanın Prezidentini təbrik edərək vurğulayıb ki, bu Əliyevin ən böyük uğurudur. 

“Azərbaycan təkcə neft ölkəsi deyil.Eyni zamanda güclü bir orduya sahibdir. Prezidentin simasında bunun isbatını bir daha gördük. Qarabağın azad olunması İlham Əliyevin uğurudur”-, iş adamı deyib.

İş adamı haqqında yazılanlara sadəcə önəm vermədiyini açıqlayıb.

Bu gün Azərbaycan mətbuat orqanlarının bəzi sosial hesablarında Mübariz Mənsimov “fırıldaqçı” və “saxta xeyriyyəçi” kimi təqdim olunub.

“Haqqımda 25 ildir yazırlar. Sadəcə bir-iki nəfər adam var ki, illərdir xaqlın cibindən oğurlarlanan pulları hansısa media orqanlarına xərcləməklə bu cür sifarişli yazılar verirlər. Mən dövlət məmuru deyiləm. Öz kreslomda oturub işimlə məşğulam.Yazılanlara isə gülüb keçirəm”-, iş adamı müsahibəsində deyib.

Bir gün əvvəl Mənsimovun sədrlik etdiyi Təhsil və Yardımlaşma Fondu 150 tələbəyə təqaüd ayırdığını açıqlayıb. Təqaüd ayrılan tələbələrlə yaxın zamanda görüş olacağı gözlənilir. 

Dəstək olunanlar arasında yanvarın 27-də Azərbaycanın tehrandakı səfirliyinə hücumu nəticəsində şəhid olan Orxan Əsgərovun qızına, şəhid Cəbrayıl Dövlət Cəbrayılzadənin bacısına və Adil İbrahimlinin həyat yoldaşı da var.

Mübariz Mənsimov artıq bir neçə illərdir azərbaycanlı tələbələrə dəstək olaraq onların təhsil haqqını ödəyir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]