Sosial evlərdən mənzil alacağı adı ilə dələduzluq etdi

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Qalib Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinə xitam verilib.

İttihama görə, Qalib Quliyev tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Sənəm Əliyevaya (şərti) Bakı şəhəri, Yasamal rayonunda tikilən sosial təyinatlı evlərdən qadının qızı, zərərçəkmiş Nailə Əliyevanın (şərti) adına sənədləşdirilməklə dövlət tərəfindən güzəştli şərtlərlə mənzil verilməsində kömək edəcəyini vəd edib. O, bu yolla 2022-ci il tarixdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində, zərərçəkmiş şəxsdən ümumilikdə 4 000 manat pul alaraq dələduzluq cinayəti törədib.
Qalib Quliyev məhkəmədə ona elan olunmuş ittihamda özünü təqsirli bilib, törətdiyi əməli etiraf edib. O söyləyib ki, hazırda dəymiş ziyan tam ödənilib. İş üzrə icraata xitam verilməsini xahiş edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]