Putin doğum gününü Qazaxıstan və Özbəkistan liderləri ilə qeyd etməsindən danışıb

Rusiya Prezidenti Vladimir Putin doğum gününü Qazaxıstan və Özbəkistan liderləri ilə qeyd etməsindən danışıb. Rusiya prezidenti qeyd edib ki, oktyabrın 7-də rəsmi tədbirlərdən sonra onların üçü Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevlə “bir yerdə oturublar”. Bu gün dövlət başçıları birlikdə Rusiya qazının Qazaxıstan vasitəsilə Özbəkistana nəqlinə başlayıblar. Onlar mərasimə Rusiya liderinin Moskva yaxınlığındakı iqamətgahından qatılıblar. Vladimir Putin qeyd edib ki, mərasim onun ad gününə planlaşdırılmayıb. “Təsadüfən belə alınıb”, – deyə dövlət başçısı vurğulayıb. Oktyabrın 7-də Vladimir Putinin 71 yaşı tamam oldu.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]