“Türkiyə, Azərbaycan və Şimali Kipr “tək millət, üç dövlət”dir” – Ersin Tatar

“Tarixi günlər yaşayırıq. Ölkəmizə dəstəyinə görə Prezident İlham Əliyevə, Azərbaycan xalqına təşəkkür edirik. Türkiyə, Azərbaycan və Şimali Kipr “Tək millət, üç dövlət”dir”. Bu fikirləri Azərbaycanda rəsmi səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar oktyabrın 14-də keçirilən mətbuat konfransında bildirib. Türkiyənin Şimali Kiprin qarantı olduğunu diqqətə çatdıran Ersin Tatar Azərbaycanın da ölkəsinin yanında olduğunu bildirib: “Biz də hər zaman Türkiyənin və Azərbaycanın yanındayıq. “Şimali Kipr Türk Respublikası Mədəniyyət və Təqdimat Günləri” çərçivəsində mühüm görüşlər keçirdik. Ölkələrimiz turizm, elm, təhsil və tələbə mübadiləsi sahəsində əməkdaşlığı davam etdirəcəklər”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]