FIFA prezidenti başsağlığı verdi

FIFA prezidenti Canni İnfantino ötən gün Belçikanın paytaxtı Brüsseldə güllələnərək öldürülən iki isveçli azarkeşin yaxınlarına başsağlığı verib.

Funksioner bu barədə sosial şəbəkədə hesabında paylaşım edib.

O, Belçika və İsveç xalqına, həmin ölkələrin yığmalarına və futbol assosiasiyalarına dəstəyini ifadə edib: “AVRO-2024-ün seçmə mərhələsində Belçika millisinin İsveçi qəbul etdiyi stadionun yaxınlığında qonaq komandanın iki azarkeşinin faciəvi şəkildə həlak olması məni dərindən sarsıtdı və kədərləndirdi. FIFA və futbol ictimaiyyəti adından həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Dualarımız Belçika və İsveç xalqı ilədir”.

Qeyd edək ki, azarkeşlərin ölümünə görə Belçika – İsveç matçı (1:1) yarımçıq dayandırılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]