Prezidentin kövrəldiyi anlar – Video

Bu gün Prezident İlham Əliyevin Füzuli şəhərində yerli sakinlərlə görüşü zamanı duyğulu anlar yaşanıb. “Qafqazinfo” xəbər verir ki, Prezident şəhid ailələri ilə görüşdə kövrəlib. O, şəhidlərin qəhrəmanlığını xatırladıb, ailələrin övladlarını vətənpərvərlik ruhunda böyütməsinin vacibliyinə diqqət çəkib: “Əziz bacılar, qardaşlar, dostlar, bir daha təbrik edirəm. Bu gün həm sevincli, həm kədərli gündür. Qızımızın göz yaşları da təbii ki, heç vaxt dayanmayacaq. Bunu biz bilməliyik, 10 il keçsə də, 20 il keçsə də. Hamımız göz yaşları tökmüşük və tökürük”. Qeyd edək ki, dövlət başçısının görüşdüyü şəhid ailələri arasında 19-20 sentyabr antiterror tədbirləri zamanı şəhid olan Ülvi Mikayılovun anası Günel Abbasova da olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]