Bu il sel-daşqın hadisələri ötən ilin rekordunu 3 dəfə üstələyib

Azərbaycanda bu ilin yay fəslində temperatur üzrə rekord göstəricilər qeydə alınmasa da, digər hava-iqlim hadisəsi olan lokal leysan yağışları nəticəsində sel-daşqın hadisələri keçən ilin rekordunu 3 dəfə üstələyərək 147-yə çatıb.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, bəzən hətta yaxın ərazilərdə belə bir-birinə zidd olan anomal hadisələrin baş verdiyi müşahidə edilir: “Bu ilin misalında ölkədə rekord daşqın hadisələri ilə yanaşı, bir çox çaylarda axının azalması, əsasən Aran ərazilərdə quraqlığın baş verməsinin şahidi olduq. Bu iqlim dəyişmələrinin bəzən gözlənilməz və təzadlı tərəfləridir. Bir sözlə, iqlimin nisbətən “sabit” dövründən 30-40 il keçib. Ümumiyyətlə, iqlimşünaslıqda müasir dəyişmələri qiymətləndirmək üçün müqayisələr iqlim norması kimi qəbul edilən 1961-1990-cı illər dövrü ilə aparılır”.

U.Tağıyeva bildirib ki, anomal hava-iqlim hadisələrinin həm sayının, həm də intensivliyinin artmasını hamı müşahidə edir və iqlim ssenarilərinə görə bu davam edəcək: “Quraqlıq, sel-daşqın, isti hava dalğaları kimi hadisələrə, yəni baş vermiş və gözlənilən iqlim dəyişmələrinə uyğunlaşmaq vacibdir. Monitorinq və elmi araşdırmaların nəticələrinə əsasən Birləşmiş Millətlər Təşkilatının 66 ölkədən 234 alim üzvü olan İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspert Qrupu (IPCC) bu il Yer kürəsinin iqliminin son dərəcə sürətlə dəyişəcəyi qənaətinə gəlib. Ümumiyyətlə iqlim dəyişmələri həyatımızın bütün sahələrinə təsir göstərir. Bu səbəbdən də iqlim dəyişmələrinin mənfi təsirlərini azaltmalı, müsbət tərəflərindən isə faydalanmalıyıq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]